AZ

Bugünkü əməliyyatda saxlanılanların barədə qərar verildi

Bugünkü əməliyyatda saxlanılanların barədə qərar verildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin prokurorluq tərəfindən keçirilən əməliyyatla saxlanılan əməkdaşları hakim qarşısına çıxarılıblar.

AFN.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatını təmin edib. Qərara əsasən təqsirləndirilən şəxslərin hər biri - Araz Kərimli, Niyam Mədətsoylu, Etibar Əliyev və Şamil Alıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məhkəmə qərarı ilə onlar həmçinin vəzifədən müvəqqəti kənarlaşdırılıblar. İstintaq orqanı tərəfindən sözügedən şəxslərə qarşı ağır ittihamlar irəli sürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (mütəşəkkil dəstə tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, sözügedən vəzifəli şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi xüsusi əməliyyat nəticəsində ifşa olunmuşdular. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Seçilən
65
afn.az

1Mənbələr