AZ

“Everton” Maykl Kinlə müqaviləni 2027-ci ilə qədər uzadıb

İngiltərənin “Everton” klubu 33 yaşlı mərkəz müdafiəçisi Maykl Kinlə müqavilənin müddətini uzadıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “karamellər”in mətbuat xidməti klubun rəsmi saytında məlumat yayıb. Yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.

Kinin əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatırdı. Müdafiəçi 2017-ci ilin yayından etibarən Liverpul təmsilçisinin formasını geyinir. Beləliklə, 2026/2027 mövsümü onun klubdakı 10-cu mövsümü olacaq.

Maykl Kin “Mançester Yunayted”in yetirməsidir. O, “Everton”a “Bernli”dən transfer olunub. Kütləvi informasiya vasitələrinin məlumatına görə, transferin məbləği 28,5 milyon avro təşkil edib.

Seçilən
33
90deqiqe.az

1Mənbələr