AZ

İsrail KİV: Qalibaf SEPAH ın müdaxiləsindən sonra ABŞ ilə danışıqları tərk edib

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın danışıqlar komandasını tərk etdiyi bildirilir.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Keşet 12" telekanalı məlumat yayıb.

Telekanalın iddiasına görə, bu hadisə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müdaxiləsindən sonra baş verib.

Qalibaf İranın xarici işlər naziri Abbas Əraqçı kimi ABŞ ilə dialoqun davam etdirilməsinin tərəfdarı olub. İran tərəfi hələlik bu məlumatla bağlı rəsmi şərh verməyib.

Qeyd edək ki, Məhəmməd Baqir Qalibaf aprelin 11-də İslamabadda ABŞ ilə aparılan son danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
129
38
moderator.az

10Mənbələr