AZ

Tramp: “İran liderini tanımır, ölkə içində xaos var”

ABŞ prezidenti Donald Tramp İran daxilində ciddi hakimiyyət böhranı yaşandığını iddia edib və ölkədə liderlik məsələsinin qeyri-müəyyən olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Tramp qeyd edib ki, İranda “sərt xətt tərəfdarları” ilə “mötədillər” arasında qarşıdurma kəskin xarakter alıb. Onun sözlərinə görə, “sərt xətt” tərəfi döyüş meydanında ağır itkilər verir, “mötədillər” isə əvvəlki kimi görünməsələr də, getdikcə daha çox qəbul olunurlar.

ABŞ prezidenti əlavə edib ki, bu daxili mübarizə “dəli səviyyəsinə” çatıb və Tehran daxilində vəziyyət getdikcə nəzarətdən çıxır.

Tramp həmçinin Hörmüz boğazı ilə bağlı da sərt mesaj verib. O bildirib ki, ABŞ bu strateji bölgəyə tam nəzarət edir və ABŞ Hərbi Dəniz Qüvvələrinin razılığı olmadan heç bir gəmi boğaza daxil ola və ya oradan çıxa bilməz.

Onun sözlərinə görə, İran razılaşmaya gələnədək bu vəziyyət davam edəcək.

 

Musavat.com

Seçilən
69
musavat.com

1Mənbələr