AZ

“Mançester Siti”, “Liverpul” və “Real” müştəri çıxdı - Rafaelə

“Milan”ın hücumçusu Rafael Leao yayda komandasını dəyişə bilər.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar” portuqaliyalı forvardı transfer pəncərəsində satmağa hazırdır.

Leaonun xidmətində Avropanın bir neçə top-klubu maraqlıdır. Onların arasında “Mançester Siti”, “Liverpul” və “Real” kimi klublar var.

“Milan” 26 yaşlı futbolçunun satışından təxminən 60 milyon funt-sterlinq gəlir əldə etməyi planlaşdırır. O, 2019-cu ildə “Lill”dən 49 milyon avroya transfer olunub.

Leaonun “Milan”la müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir. O, cari mövsümdə 27 oyunda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.

Seçilən
99
sportinfo.az

1Mənbələr