AZ

Orqanların daşlaşmasının qarşısını alan üsul tapıldı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Orqanizmin özü-özünə hücum etdiyi və daxili orqanların fəaliyyətini iflic edən ağır xəstəliklərdən biri ilə bağlı tibb dünyasında mühüm yenilik baş verib. Seçenov Universiteti və Rusiya Elmlər Akademiyasının alimləri sistemli sklerodermiya zamanı fərqli simptomlara qarşı ən təsirli dərman vasitələrini müəyyən ediblər.Demokrat.az xəbər verir ki, bu xəstəlik zamanı dərinin, ağciyərlərin, ürəyin və böyrəklərin toxumaları sərtləşərək fibrozlaşır, qan damarları isə ciddi zədələnir. Mütəxəssislər 2 mindən çox xəstənin iştirak etdiyi

32 fərqli klinik araşdırmanın nəticələrini riyazi modelləşdirmə üsulu ilə birləşdiriblər. Tədqiqat nəticəsində 23 növ hədəf preparatın orqanizmə təsiri təhlil olunub.Riyazi model göstərib ki, xəstəliyin fərqli formalarında müalicə yanaşması da fərqli olmalıdır. Məsələn, dəri qatı bərkiməyə başlayanda iltihab əleyhinə siqnal yollarını bloklayan preparatlar daha yaxşı nəticə verir. Lakin xəstəlik ağciyərlərə keçdikdə və tənəffüs funksiyası pozulduqda, immun sisteminin B-hüceyrələrinə təsir edən rituksimab və belimumab kimi vasitələr özünü daha effektiv doğruldur.Alimlər həmçinin müəyyən ediblər ki, tətbiq olunan müalicənin maksimum effektinin yarısı yalnız altı aydan sonra özünü büruzə verir. Bu fakt həm həkimlərin müalicə planı qurması, həm də yeni dərmanların hazırlanması baxımından həlledici əhəmiyyət kəsb edir.Həmçinin oxu:

iPhone işlədənlərə təcili xəbərdarlıq

'Bu maşını almayın, peşman olacaqsınız'

Yol qırağında bitir, hamı tapdalayıb keçir — Dünyanın ən faydalı tərəvəzi seçildiYəni, sistemli skleroz kimi mürəkkəb xəstəlikdə hər simptomun öz "qalibi" var. Dəri problemləri üçün bir qrup, ağciyər fəsadları üçün isə tamamilə başqa qrup dərmanlar daha sürətli və keyfiyyətli kömək edir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
demokrat.az

1Mənbələr