AZ

Pulumuzu harada saxlayaq? Ev alıb kirayə vermək daha qazandırmır

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Artıq pulları harada saxlamaq və necə artırmaq sualı hər bir ailəni düşündürən əsas məsələlərdən biridir. İnvestisiya strategiyaları üzrə mütəxəssis Aleksandr Baxtin yığımları hara yönəltməyin daha səmərəli olduğu barədə maraqlı müqayisə aparıb.Demokrat.az xəbər verir ki, hazırkı iqtisadi şəraitdə bank əmanətləri (depozit) daşınmaz əmlak alıb kirayə verməkdən daha çox gəlir gətirir. Ekspertin fikrincə, böyük banklarda əmanət dərəcələri hazırda kifayət qədər yüksəkdir. Kirayə mənzillərdən gələn təmiz qazanc isə illik cəmi 4–6 faiz civarında dəyişir. Üstəlik, mənzili kirayə verərkən vergi öhdəlikləri, təmir xərcləri və müxtəlif risklər də yaranır ki, bu da real qazancı daha da azaldır.Daşınmaz əmlak yalnız uzunmüddətli perspektivdə, yəni mənzilin öz dəyərinin gələcəkdə kəskin artacağı gözlənilirsə, cəlbedici aktiv sayıla bilər. Digər hallarda nağd vəsaiti bankda saxlamaq həm daha az başağrısı yaradır, həm də daha yüksək mənfəət təmin edir.Mərkəzi Bankın faiz dərəcələrini tədricən aşağı salması fonunda mütəxəssislər may ayına qədər əmanət faizlərinin bir qədər enəcəyini proqnozlaşdırırlar. Buna baxmayaraq, hazırkı rəqəmlər hələ də mənzil bazarındakı gəlirlilikdən xeyli üstündür.Həmçinin oxu:

iPhone işlədənlərə təcili xəbərdarlıq

'Bu maşını almayın, peşman olacaqsınız'

Yol qırağında bitir, hamı tapdalayıb keçir — Dünyanın ən faydalı tərəvəzi seçildiYəni, ev alıb kirayəçi ilə məşğul olmaq, vergi və təmir xərcləri ödəməkdənsə, pulu etibarlı bankda əmanət kimi yerləşdirmək indiki dövrdə daha sərfəli və rahatdır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
demokrat.az

1Mənbələr