AZ

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

Bakı, 24 aprel, AZƏRTAC

Doğma yurduma yenidən qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir. Gənc yaşlarımda bu torpaqlardan ayrılmağa məcbur qaldım. Həmin dövrdə ağır və çətin günlər yaşadım. Şükürlər olsun ki, artıq o sınaqlı mərhələ arxada qalıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri doğma yurduna qayıdan keçmiş məcburi köçkün Şamil Hüseynov səsləndirib.

O qeyd edib ki, ailəsi ilə birlikdə doğma el-obasına qayıdır.

Keçmiş köçkün Ağdam şəhəri ilə bağlı xatirələrinin daim yaddaşında yaşadığını, doğma el-obasını yenidən görmək üçün uzun müddət həsrət çəkdiyini vurğulayıb.

“Bizə bu sevinci yaşadan Prezidentə dərin təşəkkürümü bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə tezliklə şəfa arzulayıram”, – deyə H.Şamil bildirib.

Seçilən
38
14
azertag.az

10Mənbələr