AZ

"Bakı Ət" şirkəti ət satışından deyil, daşınmaz əmlakın icarəsindən qazanır

"Bakı Ət" ASC 2025-ci ili 125 min 499 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ili 52 min 854 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bakı Ət"in xalis mənfəəti 2025-ci ildə 2024-cü illə müqayisədə 2,4 dəfə artıb. 

Marja.az-ın məlumatına görə, "Bakı Ət" əsas əməliyyat gəliri əldə etmir. Şirkətin gəliri sair əməliyyat gəlirləri (daşınmaz əmlakın icarəsi) hesabına formalaşır. 2024-cü ildə "Bakı Ət"in daşınmaz əmlakın icarəsindən gəliri 560 min 478 manat ikən, 2025-ci ildə 663 min 901 manata yüksəlib.

31 Dekabr 2025-ci il tarixində "Bakı Ət" ASC 462 min 52 manat cəmi aktivlərə malik olub.

Seçilən
79
1
marja.az

2Mənbələr