AZ

Krit adası sahillərində güclü zəlzələ oldu

Yunanıstana məxsus olan Krit adasının sahil sularında 5.5 maqnitudasında zəlzələ qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
 
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 12.3 min nəfər əhalisi olan İerapetra şəhərindən 27 kilometr cənub-şərq istiqamətində yerləşib. Zəlzələnin ocağı 17 kilometr dərinlikdə olub.
 
Hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb. Eyni zamanda, sunami təhlükəsi elan edilməyib.
 
Seçilən
99
1
moderator.az

10Mənbələr