AZ

Paşinyan erməniləri Ermənistan xaricində vətən axtarışını dayandırmağa çağırıb

Ermənistanın Baş naziri dövlətçilik və sülhü tarixi faciələrin təkrarlanmaması üçün əsas təminat adlandırıb...

Poliqon xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Osmanlı imperiyasında 1915-ci il hadisələrinin ildönümü ilə bağlı vətəndaşlara müraciətində erməni xalqının beynəlxalq intriqalara cəlb olunmasının ağır nəticələr doğurduğunu bildirib.

Paşinyanın sözlərinə görə, bu kimi hadisələrin təkrarlanmamasının əsas təminatları dövlətçilik və sülhdür. O qeyd edib ki, Ermənistanın gələcəyi beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində dövlətçiliyin gücləndirilməsi ilə bağlıdır.

“Bu tarixi məqsədi həyata keçirmək üçün beynəlxalq səviyyədə tanınmış ərazidən kənarda vətən axtarışını dayandırmalıyıq”, deyə Paşinyanın sözlərini Ermənistan mediası yayıb.

Baş nazirin bu açıqlaması Ermənistanın regional siyasətində sülh gündəliyinə və dövlət sərhədlərinin tanınması prinsipinə verilən önəmin davamı kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr