AZ

“Saat işləyir!”: Trampdan İrana iddialı mesaj


ABŞ Prezidenti Donald Tramp İranın ABŞ ilə razılığa gəlmək üçün çox az vaxtının olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində qeyd edib.   
“Mənim dünya qədər vaxtım var, amma İranın yoxdur. Saat işləyir!” - deyə o yazıb.
Tramp Hörmüz boğazının blokadasının güclü təsirindən bəhs edib və qeyd edib ki, razılaşma yalnız  Vaşinqton üçün məqbul olduqda əldə edilə bilər.
Qeyd edək ki, Amerika lideri daha əvvəl özünün “Truth Social” sosial şəbəkə səhifəsində ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazının sularında mina yerləşdirən istənilən gəmini, hətta kiçik qayıqları belə vurub məhv etməyi əmr etdiyini yazmışdı.
Seçilən
36
2
yeniavaz.com

3Mənbələr