AZ

“CƏMİYYƏT QADAĞALARDAN BEZİB!” Kreml təmsilçisi etiraf etdi: Putinin reytinqi niyə düşür?

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya cəmiyyəti qadağanedici ritorikadan bezib.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezident Administrasiyasının İctimai Layihələr İdarəsinin rəhbəri Sergey Novikov "Rusiyada Demoqrafik Dönüş: Nailiyyətə Gedən Yollar" konfransında deyib.

"Artıq heç nəyi qadağan etmək mümkün deyil, xüsusən də valideyn olmağı düşünən, yaxud qərar verən insanlar üçün. Onların kifayət qədər problemləri var", - deyə Kreml rəsmisi bildirib.

Novikov əlavə edib ki, Rusiyada uşaq dünyaya gətirən valideynlər üçün "hər şey problemdir - qidalanmadan tutmuş yatmağa qədər”: "Əgər biz hər şeyi qadağan etməyə davam etsək, bu, yaxşı bir şeyə gətirib çıxarmayacaq. Demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün cəmiyyətdə dəstəkləyici, həvəsləndirici bir atmosfer lazımdır ki, insanlar uşaq sahibi olmaqdan qorxmasınlar və hökumətin dəstəyinə əmin olsunlar”.

Kreml rəsmisinin bu açıqlaması Vladimir Putinin reytinqinin əhəmiyyətli dərəcədə düşməsi fonunda baş verir. Hətta Kremlə yaxın VTsIOM-un rəsmi məlumatına görə, Putinin reytinqi 2022-ci ildən bəri ən aşağı göstəricilərə düşüb. Respondentlərdən etibar etdikləri siyasətçinin adını çəkmələrinin xahiş olunduğu açıq VTsIOM sorğusu Putinin bəyənmə reytinqinin 29,5%-ə düşdüyünü göstərib.

Rusiya Prezident Administrasiyası ilə işləyən və anonim şəkildə “Meduza”-ya danışan siyasi texnoloqlardan biri Putinin reytinqlərinin aşağı düşməsinin əsas səbəbləri arasında “Telegram”-ın bloklanmasını, mobil internetə qoyulan məhdudiyyətləri, eləcə də qiymətlərin artması və Ukraynadakı müharibə ilə bağlı cəmiyyətin yorğunluğunu qeyd edib.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
74
azpolitika.info

1Mənbələr