AZ

Volodimir Zelenski Bakıya gəlir: Ukrayna liderinin gözlənilən səfərinin detalları

Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda regiona səfəri çərçivəsində Azərbaycana gələcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Suspilne" nəşri özünün rəsmi mənbələrinə istinadən yayıb. Məlumata görə, Ukrayna dövlət başçısının səfər proqramına Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı da daxildir.

Qeyd olunur ki, Zelenski bu səfərdən dərhal öncə Avropa İttifaqı Liderlərinin qeyri-formal zirvə toplantısında iştirak etmək üçün Kiprə yollanıb. Bakıya planlaşdırılan bu səfərin iki ölkə arasındakı strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və regional münaqişələrin həlli istiqamətində mühüm müzakirələrə yol açacağı gözlənilir.


Musavat.com

Seçilən
254
25
musavat.com

10Mənbələr