AZ

Gələn ayın sonu “PAŞA Həyat Sığorta”nın səhmdarları toplaşır - TARİX

Gələn ay “PAŞA Həyat Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 2026-cı ilin mayın 25-də, saat 10:00-da  “PAŞA Həyat Sığorta” ASC-nin inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyinə səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC-nin 2025-ci il üzrə xalis mənfəəti 53.38 mln. manat olub. 2025-ci ildə ümumi gəlirlər 696.07 mln. manata çatıb ki, bu da 2024-cü illə müqayisədə 20.3% artımı göstərir. Əsas əməliyyat gəlirləri 680.85 mln. manat olub və 2024-cü illə müqayisədə 14.2% artıb. İnvestisiya gəlirləri isə 50.83 mln. manat təşkil edərək illik artım 14.3% olub.

Seçilən
8
1
fed.az

4Mənbələr