Bakı. Trend:
Aprelin 23-ü Laçın-Xankəndi yolunun başlanğıcında dövlətsərhədindən buraxılış məntəqəsinin yaradılmasının növbətiildönümüdür. Artıq üç ildir ki, bu qərar təkcə konkret birinfrastruktur addımı kimi deyil, ölkənin suveren iradəsinin vəprinsipial mövqeyinin praktik ifadəsi kimi dəyərləndirilir.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Millət vəkili vurğulayıb ki, 2023-cü ildə atılmış bu addımınmahiyyəti ilk növbədə Azərbaycanın öz sərhədləri üzərində tamnəzarəti təmin etmək iradəsindən qaynaqlanırdı:
“Bu, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraqdövlətin öz ərazi bütövlüyünü qorumaq hüququnun real müstəvidətəsdiqi idi. Həmin gün Azərbaycan Bayrağının bu məntəqədəucaldılması isə sadəcə rəmzi jest deyil, faktiki olaraq yenireallığın nümayişi idi – Azərbaycan öz suveren ərazilərində tamhüquqlu sahib kimi çıxış edir.
Bu qərarın arxasında dayanan əsas siyasi xətt isəPrezident İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti iləbağlıdır. Məhz bu prinsipial yanaşma nəticəsində ölkənin ərazibütövlüyünün təmin olunması istiqamətində atılan addımlar tədricənpraktik nəticələrə çevrilir. Prezidentin həmin dövrdə səsləndirdiyifikirlər də göstərirdi ki, buraxılış məntəqəsinin yaradılmasıtəsadüfi deyil, düşünülmüş və strateji baxımdan əsaslandırılmışqərardır”.
Deputatın sözlərinə görə, məntəqənin fəaliyyəti qısa müddətərzində konkret nəticələrlə müşayiət olundu. Əvvəllər işğal altındaolmuş ərazilərdə törədilmiş cinayətlərlə bağlı bəzi şəxslərinsaxlanılması və istintaqa cəlb edilməsi bu mexanizmin yalnıztexniki və ya inzibati xarakter daşımadığını açıq şəkildə göstərdi.Bu, həm də ədalətin təmin olunması, qanunun aliliyinin bərpasıistiqamətində mühüm bir alətə çevrildiyini sübut etdi.

V.İskəndərovun fikrincə, bu addım eyni zamanda regiondatəhlükəsizlik mühitinə də birbaşa təsir göstərdi:
“Nəzarət mexanizmlərinin gücləndirilməsi qanunsuz fəaliyyətlərinqarşısının alınmasına, sərhəd rejiminin daha effektiv təşkilinə vəümumilikdə sabitliyin möhkəmlənməsinə xidmət etdi. Bu baxımdanLaçın istiqamətində qurulan sistem təkcə bir yol üzərində nəzarətdeyil, daha geniş mənada dövlətin idarəetmə və təhlükəsizlikarxitekturasının mühüm elementi kimi çıxış edir”.
Parlamentari sonda qeyd edib ki, üç il ərzində bu məntəqə özfunksionallığını və strateji əhəmiyyətini tam şəkildətəsdiqləyib.
“Onun fəaliyyəti bir daha göstərir ki, Azərbaycan dövlətininhəyata keçirdiyi siyasət ardıcıl, məqsədyönlü və uzunmüddətlinəticələrə hesablanmış şəkildə qurulub. Bu gün qeyd olunan ildönümüdə məhz həmin yanaşmanın – suverenliyin bərpası vəmöhkəmləndirilməsi istiqamətində atılmış qətiyyətli addımlarınməntiqi davamı kimi qiymətləndirilməlidir”, - deyə o sözünə yekunvurub.