AZ

Tramp İranın Dünya Çempionatından kənarlaşdırılması təklifini dəyərləndirib

Bakı.Trend:

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbir zamanı2026-cı il futbol üzrə dünya çempionatının final mərhələsində İranmillisinin İtaliya ilə əvəz olunması təklifini dəyərləndirib.

Trend bu barədəxarici mediaya istinadən xəbər verir.

“Bu barədə xüsusi olaraq düşünmürəm. Maraqlı sualdır. Bilirsiniznə var, qoyun bunun üzərində bir az düşünüm”,- Tramp bildirib.

Əvəzləmə təklifi ABŞ prezidenti Donald Trampın xüsusi elçisiPaolo Zampolli tərəfindən irəli sürülüb. Aprelin 23-də İranhökumətinin rəsmi nümayəndəsi Fateme Mohacerani ölkənin millikomandasının 2026-cı il dünya çempionatının oyunlarında iştirakahazır olduğunu bildirib.

Dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada vəMeksikada keçiriləcək. İran millisi turnirə vəsiqə qazanaraq Gqrupuna düşüb və burada onun rəqibləri Belçika, Misir və YeniZelandiya komandaları olacaq. Komandanın hər üç oyununun ABŞərazisində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İrantəklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başaçatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşıtətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.

Məqalədə:
Seçilən
17
50
az.trend.az

10Mənbələr