AZ

Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir

Bakı, 24 aprel, AZƏRTAC

Dövlətimizin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının Azərbaycanda keçirilməsi vahid və məqsədyönlü yanaşmanın mühüm tərkib hissəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli agentliyin və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" və WUF13 çərçivəsində " Təhlükəsiz qidanın memarlığı" mövzusuna həsr olunmuş konfransda çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan qlobal şəhərsalma proseslərini daim diqqət mərkəzində saxlayan ölkə kimi bu sahədə innovativ yanaşmaları uğurla tətbiq edir və müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir: "Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən strateji əhəmiyyətli bərpa və yenidənqurma işləri öz miqyası, əhatə dairəsi və icra sürəti baxımından qlobal səviyyədə nadir nümunələrdən biridir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi öz fəaliyyətində qlobal çağırışlara çevik uyğunlaşmanı təmin etmək məqsədilə müasir tələblər və beynəlxalq standartlar əsasında qida təhlükəsizliyi sisteminin davamlı təkmilləşdirilməsini prioritet istiqamət kimi müəyyən edib. Bu yanaşma çərçivəsində risklərin idarə olunması, innovativ həllərin tətbiqi və beynəlxalq təcrübənin inteqrasiyası əsas fəaliyyət istiqamətlərimizi təşkil edir”, – deyə Q. Təhməzli əlavə edib.

Müxbir - Günel Türksoy
Fotoqraf - Azər İbrahimov
Videooperator - Ceyhun Mustafayev
Seçilən
15
1
azertag.az

2Mənbələr