AZ

Kamran İmanov: İnnovasiya ekosistemi böyük və mürəkkəb sistem kimi bir sıra amillərin qarşılıqlı təsirindən asılıdır

Bakı, 24 aprel, AZƏRTAC

İnnovasiya ekosistemi — iqtisadiyyatın innovasiya fəaliyyətini birgə stimullaşdıran, qarşılıqlı əlaqəli institutlar, təşkilatlar və imkanlar şəbəkəsindən ibarət olan sistemdir. Bu kontekstdə innovasiya potensialı dedikdə, konkret innovasiya sahələrində rəqabət üstünlüyü yaratmağa imkan verən biliklər, ixtisaslaşmış bacarıqlar və institusional imkanlar nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən “İnnovativ potensial: əqli mülkiyyət + süni intellekt” mövzusunda dəyirmi masada söyləyib.

“İnnovasiya ekosistemi böyük və mürəkkəb sistem kimi bir sıra amillərin qarşılıqlı təsirindən asılıdır. Bunların ən mühümləri onun elmi, texnoloji, sahibkarlıq və istehsal aspektləridir. Bu dördlük ən vacib amillərdir. Məhz qeyd olunan amillər arasındakı qarşılıqlı əlaqənin dərəcəsi — yəni müxtəlif innovasiya imkanlarının ümumi bilikləri, bacarıqları və ya infrastrukturunu nə qədər paylaşması və birgə istifadə imkanları — ekosistemin bir sahədən digərinə asanlıqla diversifikasiya edə bilməsini müəyyən edir və bununla da mövcud amillərin qarşılıqlı təsirindən yaranan emergentliyi və akkumulyasiya effektini formalaşdırır”, - deyə professor Kamran İmanov bildirib.

Müxbir- Gözəl Ağayeva
Fotoqraf – Aydın Məmmədov
Operator – Şövqi Əzizov
Seçilən
69
2
azertag.az

3Mənbələr