AZ

“Allah haqqı bilmirəm, müəllim” Məşqçi ilə idmançımız arasında dialoq Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Güləş üzrə Avropa çempionatında mübarizə aparan xanım idmançımız Günay Qurbanova ilə məşqçisi Toğrul Əsgərov arasında maraqlı dialoq yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən görüşdə gümüş medal qazanan idmançıya məşqçisi dəstək olub.

Belə ki, G.Qurbanova and içərək müəlliminə niyə belə olduğunu bilmədiyini açıqlayıb: “Allah haqqı bilmirəm, qollarım sözümə baxmır”.

Toğrul Əsgərov isə cavabında ona bu sözləri deyib: “Medal medaldır. Bizə olimpiyada lazımdır, başa düşürsən? Hər şey irəlidədir”.

Sözügedən anları təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
qafqazinfo.az

3Mənbələr