AZ

Yaponiyalı həkim xəbərdarlıq etdi Bu 6 qida böyrəklərin evini yıxır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Yemək masanızda hər gün yer alan bəzi təamlar əslində orqanizmin süzgəc sistemini yavaş-yavaş sıradan çıxarır. Bir çoxumuzun dadlı və ya faydalı hesab etdiyimiz bu qidalar zaman keçdikcə ağır fəsadlara yol açır.Demokrat.az xəbər verir ki, Tohoku Universitetinin professoru, tanınmış nefroloq Masahiro Kohzuki böyrək sağlamlığı ilə bağlı ciddi xəbərdarlıq edib. Yaponiya aliminin sözlərinə görə, gündəlik rasionumuzdakı bəzi məhsullar böyrəklərin funksiyasını zəiflədərək dializ təhlükəsini artırır.Professorun tərtib etdiyi risk siyahısında emal olunmuş ət məhsulları ilk sırada dayanır. Sosis, kolbasa və jambon kimi qidalarda yüksək miqdarda fosfor qatqıları var. Bu maddələr böyrəklərin filtrasiya sistemini həddindən artıq yükləyərək orqanın işini çətinləşdirir.Tərkibində emülqator olan bəzi pendir növləri də eyni dərəcədə riskli sayılır. Bu məhsulların tərkibindəki duz və fosforun bolluğu böyrəklərin həssas süzgəc quruluşuna birbaşa mənfi təsir göstərir.Bundan başqa, hazır meyvə və tərəvəz şirələri də təhlükəli siyahıya daxildir. Bu içkilərdə gizli şəkərin miqdarı olduqca çoxdur. Qanda şəkərin artması isə damarları, xüsusən də böyrək damarlarını ciddi şəkildə zədələyir.Həmçinin oxu:

“Bilmirdim, xəbərim yox idi” kimi bəhanələr işə yaramayacaq' — Etibarnamə versəniz, cərimə sizə gələcək

'Bu maşını almayın, peşman olacaqsınız'

'Martın 10-u sağlam qadın kimi yatdım, səhəri gün xərçəng diaqnozu qoyuldu'Enerji içkiləri isə böyrəklərin ən böyük düşmənlərindən biri kimi qeyd olunur. Onların tərkibindəki yüksək kafein və kimyəvi elementlər orqanın təbii iş rejimini pozaraq onu vaxtından əvvəl köhnəldir.Duzlu qidalar və turşular da ehtiyatlı olmağı tələb edir. Həddindən artıq natrium qəbulu böyrək daxili təzyiqi artırır və toxumaların zədələnməsinə şərait yaradır. Ağ undan hazırlanan çörək və şirniyyatlar isə qan şəkərini sürətlə yüksəldərək böyrək çatışmazlığı riskini yaradan əsas amillərdən biridir.Masahiro Kohzuki bildirir ki, yanlış qidalanma vərdişləri böyrəklərdə bərpası mümkün olmayan proseslərə təkan verə bilər.Yəni, hər gün yediyimiz kolbasa, sosis, hazır şirələr və ağ çörək kimi qidalar böyrəklərimizi yorur və gələcəkdə süni böyrək aparatına möhtac qalmağımıza səbəb ola bilər.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
demokrat.az

1Mənbələr