Bakı.Trend:
Yaponiyanın şimal-şərqində yerləşən İvate prefekturasında başverən meşə yanğınları artıq 430 hektardan çox meşə zolağını əhatəedib.
Trend xaricimediaya istinadən xəbər verir ki, barədə Yaponiyanın NazirlərKabinetinin Baş katibi Minoru Kihara jurnalistlərə bildirib.
“Bu gün səhər saat 8-ə olan məlumata görə, yanğın Otsutiqəsəbəsinin Kotsuti rayonunda təxminən 105 hektar, Kirikirirayonunda isə təxminən 326 hektar ərazini əhatə edib”, – deyə oqeyd edib.
Kihara həmçinin bildirib ki, hazırda bir zərərçəkən barədəməlumat var – yerli sakin evakuasiya məntəqəsində yıxılaraq yüngülxəsarət alıb.
Məlumata görə, meşə yanğınları ilə əlaqədar 2500-dən çox sakinüçün təxliyə xəbərdarlığı edilib. Hadisə yerində yanğınsöndürənlərÖzünümüdafiə Qüvvələrinin hərbçilərinin dəstəyi ilə alovlamübarizəni davam etdirirlər.
Yanğınsöndürmə əməliyyatlarına xüsusi helikopterlər cəlbolunub.