AZ

Zelenski Qafqaz ölkələrinə HHM sahəsindəƏMƏKDAŞLIQ TƏKLİF EDİB

Ukrayna Qafqaz ölkələrinə hava hücumundan müdafiə (HHM) və dronlardan qorunma sahəsində əməkdaşlıq təklif edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.

 

"Ukrayna hazırda Yaxın Şərq və Fars körfəzi ölkələri ilə fəal şəkildə işləyir. Biz Qafqaz ölkələri ilə əməkdaşlığa hazırlaşırıq və digər tərəfdaşlarla danışıqlar aparırıq və mən vurğulamaq istəyirəm ki, Ukrayna yalnız dronlar deyil, tam müdafiə sistemi təklif edir", - o yazıb.

 

Zelenski bildirib ki, Ukrayna inteqrasiya olunmuş müdafiə əməkdaşlığı sistemi qurmağı təklif edir: "Məsələn, ərəb dövlətlərinin güclü raket hücumundan müdafiəsi var, biz isə onlara "Shahed"lərdən (PUA-lardan - red.) və dənizdə müdafiə qurmağa kömək edirik. Sərhədləri, sahilləri, dənizi, infrastrukturu qorumaq üçün məhz belə bir inteqrasiya olunmuş müdafiəni Avropa üçün də yaratmaq lazımdır".

 

Onun sözlərinə görə, regionda və dünyada artan risklər, eləcə də silahların, xüsusən də PUA-ların daimi təkmilləşdirilməsi fonunda SAFE proqramı kifayət deyil.

 

"Biz fəaliyyətimizi əlaqələndirməli və birgə Avropa aləti – dronlar üzrə proqram yaratmalıyıq. Biz təcrübəmizi, sənayemizi və potensialımızı investisiya etməyə hazırıq", - Zelenski fikrini yekunlaşdırıb.

 



Seçilən
27
6
senzor.az

7Mənbələr