AZ

Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan şirkəti olan “Ruzi-MM” Rusiyanın “Yefremov Yağ və Pendir Kombinatı” MMC ilə məhkəmə davasını uduzub. Qərara əsasən “Ruzi-MM” 1 milyon rubldan artıq təzminat ödəyəcək.

Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmə araşdırmasının predmeti təqdim olunmuş məhsullara və ya göstərilmiş xidmətlərə görə yaranmış borcdur.

Məhkəmə sənədindən məlum olur ki, söhbət təchizat müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində yaranmış 961,6 min rubl məbləğində borcun, eləcə də 53 min rubl dövlət rüsumu xərclərinin tutulmasından gedir.

Azərbaycanın “Ruzi-MM” şirkəti Rusiyaya, Çinə və Türkiyəyə qoz ləpəsi və fındıq ixracı ilə məşğuldur.

Xatırladaq ki, “Yefremov Yağ və Pendir Kombinatı” 2002-ci ildən fəaliyyət göstərir, yağ və pendir istehsalı ilə məşğuldur. Şirkətin 2025-ci il üzrə gəliri 6,7 milyard rubl təşkil edib. Zavod Fransız pendirlərinin istehsalı üzrə ixtisaslaşmış “Laktalis Russia” qrupuna daxildir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
2
lent.az

3Mənbələr