Biləsuvar rayonunda 21 yaşlı gəncin meyiti tapılıb.
7News.Az Qafqazinfo-ya xəbər verir ki, hadisə rayonun Melioratorlar qəsəbəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü İslam Hüseynovun cansız bədəni yaşadığı mənzilin həyətində aşkar edilib.
Qeyd edək ki, İ.Hüseynov Biləsuvarın "Şəhriyar” futbol klubunun məşqçisi Fədail Niftiyevin bacısı oğludur. İsmayıl qardaşı ilə birgə dayısının himayəsində böyüyüb.
Faktla bağlı araşdırma aparılır.