Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Yaxın Şərqdə hərbi dəniz qüvvələrini gücləndirib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə enerjili təyyarədaşıyan "USS George HW Bush" və onun rəhbərlik etdiyi zərbə qrupu aprelin 23-də Yaxın Şərqdə yerləşən dəniz qüvvələrini gücləndirmək üçün bölgəyə gəlib.
Qeyd olunub ki, X platformasında yayılan məlumatda gəminin Hind okeanında, CENTCOM-un məsuliyyət zonasında yerləşdiyi göstərilib.
Məlumata görə, qrupun tərkibinə 1600 kilometr mənzilli “Tomahawk” qanadlı raketləri ilə təchiz olunmuş "Mason", "Donald Cook" və "Ross" esminetsləri də daxildir.
Açıqlamada bildirilir ki, bu qüvvələrin əlavə olunması ilə Yaxın Şərqdə ABŞ-ın üç aviadaşıyıcı zərbə qrupu mövcud olub.
CENTCOM-un məlumatına görə, "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi və onun müşayiət etdiyi 16 hərbi gəmi hazırda Ərəbistan dənizində döyüş növbətçiliyindədir.
Həmçinin "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisinin Qırmızı dənizdə yerləşdiyi və müşayiətçi esmineslərlə birlikdə fəaliyyət göstərdiyi qeyd olunub.
Aminə ŞAHSUVARQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.