AZ

"Atletik"də Valverdeni kim əvəz edəcək?

style='margin-bottom:10px;'>

"Athletik" Bilbao klubunun baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, bask klubunun rəhbərliyi Edin Terziçi komandanın başına gətirmək istəyir.

Terziçin son iş yeri Almaniyanın "Borussia" Dortmund klubu olub. O, 2018–2024-cü illər arasında burada köməkçi məşqçi, baş məşqçi və texniki direktor vəzifələrində çalışıb. Daha əvvəl isə "Vest Hem" "Beşiktaş" klublarında da fəaliyyət göstərib.

Hazırda “Atletik”ə Ernesto Valverde rəhbərlik edir. O, 2022-ci ildən komandada çalışır və mövsümün sonunda klubdan ayrılacaq.

Seçilən
65
50
teleqraf.com

10Mənbələr