AZ

Akkumulyator sürətlə boşalır SƏBƏB

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müasir avtomobillər gözləmə rejimində enerjidən istifadəni minimuma endirir. 

Avtosfer.az xəbər verir ki, mühərrik dayandıqdan və qapılar kilidləndikdən sonra müasir maşın “yuxu” rejiminə keçir. Bu keçid 15-20 dəqiqə vaxt aparır.

Bort kompüteri hesablama apararaq yalnız ən zəruri sistemləri işlədir. Bu da əsasən siqnalizasiya olur. Bəzi hallarda isə avtomobil “yuxu” rejiminə keçə bilmir.

Səbəb isə ştatdankənar elektrik sərfiyyatıdır. Cərəyan axınının artması kabellərin aşınması, batareyanın köhnəlməsi və ya əlavə avadanlıq quraşdırılması nəticəsində baş verə bilər. Lakin ən ciddi problem kustar üsulla, qeyri-peşəkar müdaxilə nəticəsində yaranır.

Ekspertlər bildirirlər ki, akkumulyator sürətlə boşaldığı halda avtomobilin korpusunda cərəyan itkisi xüsusi avadanlıqla yoxlanmalıdır. Ən əsası isə, elektrik sisteminin təmiri ilə yalnız peşəkarlar məşğul olmalıdır.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
avtosfer.az

1Mənbələr