AZ

Vaşinqtonda sülh masası, ölkədə müharibə

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail ordusu "Hizbullah"ın İsrailin şimalındakı Ştula bölgəsini raketlərlə hədəf almasından sonra Livanın cənubuna hava hücumu təşkil edib.

"Cebheinfo.az" xəbər verir ki, ordudan verilən açıqlamada raketlərin atıldığı qurğuların hədəf alındığı iddia edilib.

Hava hücumu görüntülərinin paylaşıldığı açıqlamada Ştulanı hədəf alan qurğularla yanaşı, döyüş vəziyyətinə gətirilmiş və atəşə hazır olan digər raket qurğularına da zərbələr endirildiyi irəli sürülüb.

Bir qədər əvvəl ABŞ-nin paytaxtı Vaşinqtonda Livan-İsrail danışıqları aparılarkən Hizbullah İsrailin atəşkəs pozuntularına cavab olaraq ölkənin şimalını raketlərlə hədəf almış, Ştula bölgəsində həyəcan siqnalları çalınmışdı.

İsrail ordusundan verilən açıqlamada raketlərin qarşısının alındığı iddia edilmişdi.

Digər tərəfdən, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail gecə saatlarında Livanın cənubundakı Tulin, Xırbit Silm və Məcdəl Zun kəndlərinə hava hücumları həyata keçirib.İsrail təyyarələri Reyhan təpələrini də hədəf alıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr