BAKI, 24 aprel. TELEQRAF
İran ətrafındakı konfilikt 2030-cu ilə qədər dünya bazarlarına 120 milyard kubmetr mayeləşdirilmiş təbii qaz tədarükünün itirilməsinə səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında bildirilir.
Qeyd edilir ki, martın əvvəlindən Hörmüz boğazının bağlanması səbəbindən Qətər və BƏƏ-dən LNG tədarükü20 milyard kubmetr azaldılıb:
"Bundan əlavə, LNG zavodunun gücünün yenidən işə salınması bir neçə həftə çəkə bilər ki, bu da istehsal həcmlərinin normal istismar dövründəkindən təxminən 10 milyard kubmetr az olmasına səbəb ola bilər.
İranın Qətərin zavodlarına zərbələri nəticəsində zədələnmiş xətlərin təmirinin təxminən dörd il çəkəcəyini nəzərə alsaq, LNG istehsalı 2030-cu ilə qədər təxminən 70 milyard kubmetr azalda bilər. Bundan əlavə, Qətər 2026-2030-cu illər arasında LNG tədarükünü təxminən 20 milyard kubmetr azaldacaq. Şimal Sahəsi Şərq layihəsini təxirə salmaq məcburiyyətində qalacaq".