AZ

Azərbaycan-Latviya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur

Bakı. Trend:

Azərbaycanın Avrasiya coğrafiyasında əməkdaşlıq əlaqələriningenişlənməsinə verdiyi töhfələr, Şərqlə Qərb arasında körpüyəçevrilməsi Avropa İttifaqının üzvləri olan Baltikyanı dövlətlərtərəfindən də böyük maraqla qarşılanır. Aprel ayında LitvaRespublikasının Baş naziri İnqa Ruqinienenin ardınca LatviyaPrezidenti Edqars Rinkeviçsin geniş nümayəndə heyəti iləAzərbaycana rəsmi səfərə gəlməsi bu marağın və ölkəmizləəməkdaşlığa önəmin təzahürü kimi dəyərləndirilməlidir.

Azərbaycanla Latviya arasındakı münasibətlərin tarixi yenideyil. İki respublika arasında sovet dövründə mədəni və iqtisadiəlaqələr formalaşsa da, münasibətlərin tarixi daha əvvələ gedibçıxır. Belə ki, hələ 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətininparlamenti Latviyada nümayəndəliyin açılması ilə bağlı qərar qəbuletmişdi. Bakıdakı Latış Cəmiyyəti isə XX əsrin əvvəllərindəfəaliyyətə başlayıb. Tanınmış latış yazıçılar ErnestBirznieks-Upitis, Yanis Vainovskis, Auqusts Bertse, rəssam vəyazıçı Yanis Yaunsudrabinş, Bakı Opera Teatrının dirijoru, bəstəkarYazeps Medinş, memar Ervins Paumbats və başqaları Azərbaycandayaşayıb yaratmışlar.

Azərbaycan və Latviya dövlət müstəqilliyinə gedən yolda da oxşartale yaşayıblar. Azərbaycan və Latviya xalqlarının tarixində bənzərhadisələr verib. Bu baxımdan iki dövlət arasındakı hazırkı əlaqələrbənzər talelərə, tarixə söykənən mədəni münasibətlərə və onlarınxalqlarının üzləşdiyi müstəqillik sınaqlarına əsaslanır.

Hazırda Azərbaycanla Latviya arasında ali siyasi təmaslar yüksəksəviyyədədir. Bunu iki dövlətin prezidentlərinin qarşılıqlısəfərləri də təsdiq edir. İndiyə kimi Azərbaycan Prezidenti İlhamƏliyev Latviyada bir dəfə dövlət, iki dəfə rəsmi səfərdə olub.Latviya prezidentləri isə Azərbaycana beş dəfə rəsmi, bir dəfəişgüzar səfər ediblər. Əlbəttə ki, ali səviyyəli təmasların bu cüryüksək dinamikası əlaqələrin inkişafına təsir göstərən başlıcasiyasi amildir. Eyni zamanda, iki dövlət arasındakı münasibətlərinmükəmməl hüquqi bazası var. Xüsusilə qeyd edilməlidir ki, Prezidentİlham Əliyevin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanıimzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikasıarasında strateji tərəfdaşlığın yaradılması haqqında BirgəBəyannamə” əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.Başqa cür desək, Latviya Azərbaycanın Avropa İttifaqındakı stratejitərəfdaşlarından biridir.

Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəriilk növbədə onu təsdiq etdi ki, əlaqələr qarşılıqlı etimada,anlaşmaya və ehtirama əsaslanır. Prezidentlərin görüşündədövlətlərarası əməkdaşlığın müxtəlif aspektləri müzakirə edildi.Aparılan danışıqlar və prezidentlərin səsləndirdiyi fikirlər,Edqars Rinkeviçsin «Latviya Azərbaycanı strateji tərəfdaş və dosthesab edir» deməsi siyasi münasibətlərin yüksək səviyyədə olduğunubir daha təsdiq etdi.

Prezidentlərin mətbuata bəyanatla çıxışları zamanı toxunulanməsələlər isə Azərbaycanla Latviya arasında bütün sahələrdəəməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün böyükimkanların və potensialın olduğunu, hər iki tərəfin münasibətlərindaha da dərinləşdirilməsinə böyük maraq göstərdiyini nümayişetdirdi. Latviya Prezidentinin səfərindən cəmi bir həftə əvvəl,aprelin 15-də Şuşada keçirilən Azərbaycan-Latviya iqtisadi,elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın9-cu iclasında müzakirə olunan məsələlər də bu marağıntəzahürüdür.

Səfər zamanı Latviya Prezidentini bu ölkənin iş adamlarınınmüşayiət etməsi və Bakıda Azərbaycan-Latviya biznes-forumununkeçirilməsi də hər iki tərəfin iqtisadi münasibətləridərinləşdirmək əzmindən xəbər verir. Mətbuata bəyanatla çıxışlardadövlət başçıları ticarət dövriyyəsinin artırılması ilə bağlıfikirlərini bildirdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,biznes-forum ticarət dövriyyəsinin artırılmasında həqiqətən mühümmərhələyə çevriləcək:

“Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar vəsərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki,hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar özfəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyəyatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək.Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cürfəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər,əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizindövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyəçevriləcək”.

Göründüyü kimi, Azərbaycan-Latviya əlaqələri yeni inkişafmərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin həm mətbuatabəyanatla çıxışında, həm də biznes-forumdakı nitqində qeyd etdiyiməsələlər və ümumilikdə Latviya Prezidentinin səfəriiqtisadi-ticari əlaqələrin inkişafına təkan verəcək. Səfər zamanıqəbul olunan “Azərbaycan Respublikası Prezidentinin və LatviyaRespublikası Prezidentinin Birgə Bəyanatı” əlaqələrin inkişafınadair hər iki tərəfin yüksək siyasi iradəsindən xəbər verir. Eynizamanda, Daxili İşlər, Kənd Təsərrüfatı, Xarici İşlər nazirlikləriarasında və digər sahələrdə imzalanan sənədlər əməkdaşlığın hüquqibazasını gücləndirir.

Bu cür ali səviyyəli səfərlər həm də Azərbaycanın regiondayaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasıbaxımından əhəmiyyətə malikdir. Bu baxımdan Latviya Prezidenti iləgörüşdə dövlətimizin başçısının diqqətə çatdırdığı mühümməsələlərdən biri Azərbaycanla Ermənistan arasındakı sülh prosesiilə bağlı oldu. Edqars Rinkeviçsin Latviyanın Azərbaycanın buməsələdəki mövqeyini dəstəklədiyini bəyan etməsi isə bir dahagöstərdi ki, ölkəmizin yaratdığı reallıqlar Avropa İttifaqıregionunda yaxından dəstəklənir. Latviyanın Azərbaycanın regionalsülh və əməkdaşlıq təşəbbüslərinə verdiyi dəstək rəsmi Riqanınregionumuzda sabitliyin tərəfdarı olduğunu bir daha nümayişetdirir.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin biznes-forumdatoxunduğu məsələlər Azərbaycanın iqtisadi uğurlarının, regional vəqlobal əməkdaşlığa verdiyi töhfələrin təqdimatı idi. Dövlət başçısıİlham Əliyevin səsləndirdiyi rəqəmlər – Azərbaycanda ÜDM-dəqeyri-neft sənayesinin payının 70 faizi keçməsi, xarici borcumuzunÜDM-in 6,1 faizinə bərabər olması, valyuta və qızıl ehtiyatlarımızxarici borcumuzu 18 dəfədən çox üstələməsi, son 20 ildəiqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiyanınqoyulması, 10-u Avropa İttifaqının üzvü olmaqla, 16 ölkəninAzərbaycandan təbii qaz alması respublikamızın mühüm iqtisadiuğurlarıdır. Eyni zamanda, Azərbaycan Şərq və Qərb arasındabağlantının əsas ünvanıdır. Bütün bunları Latviya rəsmiləri dəgörür və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə böyük önəmverirlər.

Eyni zamanda, Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlərAzərbaycanın inkişafına kölgə salmağa çalışan, respublikamızınuğurlarını görməzdən gələn dairələrə verilən ən gözəl cavabdır.Məlum olduğu kimi, özlərini müxalifətçi kimi təqdim edən, lakinsivil müxalifətçilik təfəkküründən tamamilə uzaq olaraq dövlətimizəvə xalqımıza qarşı çıxan antimilli ünsürlərin sosial şəbəkələrvasitəsilə həyata keçirdikləri riyakar fəaliyyətin əsasistiqamətlərindən biri Azərbaycan iqtisadiyyatının uğurlarına kölgəsalmaqdır. Xaricdə, o cümlədən, Avropa İttifaqı dövlətlərindəmənzillənən bu qaragüruh qruplaşmanı təmsil edənlərin məkrliniyyətlərindən biri cəfəng və reallıqdan uzaq olan iqtisadiarqumentlər irəli sürməklə Azərbaycanın beynəlxalq imicinizədələməkdir. Lakin Azərbaycan dövləti öz uğurları ilə onlarınbütün riyakar planlarını alt-üst edir. O cümlədən, LatviyaPrezidentinin, daha əvvəl Litva Baş nazirinin Azərbaycanasəfərləri, bir neçə gün əvvəl isə Avropa İttifaqının Xarici siyasətvə təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya KallasınAzərbaycanla Avropa İttifaqı arasında energetika və ticarətsahəsində əlaqələrin gücləndirilməsinin prioritet məsələ olmasınıbəyan etməsi ölkəmizlə əməkdaşlığa verilən dəyərin göstəricisiolmaqla yanaşı, antimilli dairələrə ən layiqli cavablardır.

Bütövlükdə, Latviya Prezidentinin Azərbaycana rəsmi səfərigöstərir ki, Azərbaycan-Latviya münasibətlərinin inkişaf dinamikasıyüksəkdir və müxtəlif sahələr üzrə əməkdaşlıq telləri daimgenişlənir. Bu səfərin əsas həqiqətlərindən biri də odur ki,Azərbaycan Avropa İttifaqı üzvləri tərəfindən etibarlı tərəfdaşkimi qəbul edilir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
29
3
az.trend.az

4Mənbələr