AZ

Təmkin Xəlilzadə ulduz futbolçularla bir komandada

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin sabiq üzvü Təmkin Xəlilzadə dünyanın tanınmış futbolçuları ilə bir turnirdə iştirak edəcək.

QOL.az xəbər verir ki, 32 yaşlı cinah müdafiəçisi Türkiyənin “Volves” minifutbol komandasında oynayacaq. Bu barədə "Volves"in rəsmi İnstaram səhifəsində məlumat paylaşılıb.

Təmkin Xəlilzadə hər il keçirilən "Golazo" turniri üçün heyətə cəlb edilib. "Volves"də Martin Şkrtel və Fernandao kimi futbolçular da oynayacaq. Turnirdə isə Rayan Babel, Rikardo Kuarejma, Elmander kimi futbolçular da çıxış edəcək.

Qeyd edək ki, “Volves” həvəskar futbol və minifutbol və futzal liqalarında yarışan komandadır.

Seçilən
28
2
teleqraf.com

4Mənbələr