AZ

Qazax-Tovuz regionu üzrə lider - 298 bal toplayan Nigarı TANIYAQ

Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin XI B sinif şagirdi Əliyeva Nigar Xəyyam qızı buraxılış imtahanında 297.50 bal toplayaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ən yüksək nəticəyə imza atıb.

Bu barədə AzEdu.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ümumilikdə 675 şagird 200 baldan yuxarı nəticə göstərib.

Seçilən
69
4
azedu.az

5Mənbələr