Bakı. Trend:
ABŞ-nin Corciya ştatında son iki gün ərzində meşə yanğınlarınəticəsində 90-a yaxın ev yanaraq kül olub.
Trend xəbər verirki, bu barədə “АВС News” telekanalı məlumat yayıb.
Məlumata görə, hava şəraitinin quru və isti olması, eləcə dəşiddətli küləklər alovun daha geniş ərazilərə yayılmasına təsiredir. Yanğınsöndürənləri yanğın ocaqlarını söndürməkdə acizdir.
Ən güclü yanğın ocağı 13,7 min hektar sahəni əhatə edir. Alovunradiusu genişləndiyindən 1000-ə yaxın yaşayış evi və digər binalartəhlükə altındadır. Fəlakət zonasından minlərlə insan təxliyəolunur.
Ölən və yaralılar barəsində hələlik məlumat daxil olmayıb.