AZ

Müharibənin acı nəticəsi: Körfəz ölkələri tarixin ən böyük neft itkisi ilə üz-üzədir

Dünyanın ən böyük investisiya banklarından olan "Goldman Sachs" qlobal enerji bazarları üçün həyəcan təbili çalan yeni hesabatını dərc edib.

Musavat.com xəbər verir ki, hesabata əsasən, aprel ayında Fars körfəzi ölkələrindən neft tədarükünün həcmi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından əvvəlki dövrlə müqayisədə rekord həddə – 57 faiz aşağı düşüb. Analitiklər qeyd edirlər ki, bu, dünya enerji tarixində qeydə alınan ən böyük tədarük qırılmalarından biridir. Münaqişə nəticəsində regionun əsas ixrac marşrutu olan Hörmüz boğazında gəmilərin hərəkətinin demək olar ki, dayanması qlobal neft bazarında gündəlik təxminən 14,5 milyon barel itkiyə səbəb olub.

Səudiyyə Ərəbistanı, İraq və İran kimi nəhəng istehsalçıların hasilatında kəskin azalmalar müşahidə edilir. "Goldman Sachs" mütəxəssisləri xəbərdarlıq edirlər ki, Hörmüz boğazı tam şəkildə açılsa belə, neft hasilatının əvvəlki səviyyəyə qayıtması aylar çəkə bilər. Hazırda enerji infrastrukturuna dəyən zərər və logistik risklər neftin qiymətinin yüksək qalmasına və dünya iqtisadiyyatında inflyasiya təzyiqlərinin artmasına səbəb olur. Ekspertlərin fikrincə, bu kəskin azalma xüsusilə Asiyanın sənaye nəhənglərinin enerji təhlükəsizliyini ciddi təhlükə altına qoyur.

Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr