AZ

Çernobıl əlili: Dövlət tərəfindən sosial dəstək və qayğı ilə əhatə olunmuşuq

Bakı, 24 aprel, AZƏRTAC

1986-cı ildə Çernobıl qəzası baş verən zaman hərbi xidmətdə idim. Hadisədən sonra bizi həmin zonaya apardılar. Bizə iki əsas tapşırıq həvalə olunmuşdu. Müəyyən təhlükəli ərazilərdə işlədikdən sonra bizi zonadan çıxardılar. Gün ərzində 15–16 dəqiqə işləyir, sonra isə üzərimizdəki bütün geyimlər yenisi ilə əvəz olunurdu. Bizə xüsusi respiratorlar verilmişdi. Əgər tərləmə olurdusa, respirator dəyişdirilməli idi, çünki tər və çirklənmə nəfəs yolu ilə orqanizmə zərər verə bilərdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında 2-ci qrup Çernobıl əlili Zülfü Əmirov söyləyib.

İkinci tapşırıq barədə danışan Z. Əmirov bildirib: "Təxminən 2 kilometrlik meşə sahəsinin təmizlənməsi işlərini görməli idik. Lakin sağlamlığımız nəzərə alınaraq müəyyən müddətdən sonra bizi zonadan geri çağırdılar. Oradan qayıtdıqdan sonra tibbi müayinələrdən keçdik və müxtəlif sağlamlıq problemləri aşkar olundu. 40 ildir bu problemlərin fəsadları ilə yaşayırıq".

O, iki övladının əlil olduğunu qeyd edib: "Buna baxmayaraq, dövlət tərəfindən müəyyən sosial dəstək və qayğı ilə əhatə olunmuşuq”.

 

Seçilən
31
2
azertag.az

3Mənbələr