Hapag-Lloyd gəmisinin Hörmüz boğazından keçdiyi bildirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın Hapag-Lloyd gəmiçilik qrupu açıqlama verib.
Bildirilib ki, şirkətə məxsus gəmilərdən biri Hörmüz boğazını keçib, lakin keçidin vaxtı və şəraiti barədə əlavə məlumat verilməyib.
Qeyd olunub ki, şirkət sözçüsünün açıqlamasına görə, çarter müddəti başa çatan bir gəminin donanmanı tərk etməsindən sonra altı gəmidən dördü Fars körfəzində qalmağa davam edir.
Məlumata görə, bölgədəki təhlükəsizlik vəziyyəti fonunda gəmi hərəkətləri diqqətlə izlənilir.
Aminə ŞAHSUVARQIZI