AZ

CNN: ABŞ razılaşma pozularsa, İrana qarşı yeni zərbələr endirməyə hazırlaşır

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hərbi planlaşdırıcılar İranın ayrı-ayrı hərbi komandirlərinə və liderlərinə qarşı yeni hücumları istisna etmirlər

Razılaşma pozularsa və atəşkəs razılaşma olmadan başa çatarsa, ABŞ ordusu İrana qarşı yeni zərbələr endirməyi düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Buraya Hörmüz boğazında kiçik hücum gəmilərinə, mina qurğularına və digər "asimmetrik döyüş vasitələrinə" mümkün hücumlar daxildir.

Kanal həmçinin ABŞ administrasiyasının elektrik stansiyaları və körpülər kimi ikili məqsədli obyektlərə zərbə endirmək təhdidini həyata keçirməyi nəzərdən keçirdiyini bildirib.

Bundan əlavə, hərbi planlaşdırıcılar İranın ayrı-ayrı hərbi komandirlərinə və liderlərinə qarşı yeni hücumları istisna etmirlər. Bir mənbə bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Əhməd Vahidi hədəf ola bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
ayna.az

1Mənbələr