AZ

Gülər Sultanzadə: "Azərbaycan-Latviya biznes Forumunun strateji mesajları"



Azərbaycanın iqtisadi suverenliyi və beynəlxalq arenadakı sarsılmaz mövqeyi bu gün yeni bir intibah dövrünü yaşayır. Apörelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumu sadəcə iqtisadi tərəfdaşlığın növbəti mərhələsi deyil, bu, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulmuş qüdrətli dövlət modelinin dünyaya təqdimatıdır. Biz artıq resurs asılılığından tamamilə qurtulmuş, öz ayaqları üzərində möhkəm dayanan və qlobal logistik xəritəni yenidən formalaşdıran bir güc mərkəziyik.

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.


Müsahibimiz bildirib ki, cənab Prezident İlham Əliyev forumdakı tarixi çıxışında ölkəmizin bu gün gəldiyi nöqtəni və strateji hədəflərini qətiyyətlə bəyan etmişdir. Bu çıxış hər birimiz üçün milli inkişafın yol xəritəsidir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan artıq bir neçə il əvvəlki dövlət deyil; biz iqtisadi şaxələndirməni bir reallığa çevirmişik.
Bu tarixi çıxışdan gələcəyə baxışımızı müəyyən edən ən mühüm məqamları partiyamızın fəaliyyət prinsipləri kimi qəbul etməliyik:
"Biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük. Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır."
Bu sitat göstərir ki, apardığımız islahatlar statistik rəqəmlərdən daha böyük məna kəsb edir; bu, milli iqtisadiyyatın immunitetinin güclənməsidir. Biz borclanmadan asılılığımızı minimuma endirərək, maliyyə müstəqilliyimizi qorumuşuq. Xarici borcumuzun ÜDM-in cəmi 6,1 faizinə bərabər olması dünya iqtisadiyyatı üçün bir nümunədir.
Enerji diplomatiyamızda isə Azərbaycan artıq sadəcə hasilatçı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin əvəzolunmaz sütunudur. Prezidentimiz bu reallığı belə ifadə etmişdir:
"Biz ən böyük hasilatçı və ixracatçı deyilik, bizdən daha böyük oyunçular var. Lakin boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə biz birinciyik. Avropa İttifaqına üzv olan ölkələr üçün Azərbaycan qazı və nefti onların enerji istehlakı portfelinin ən böyük hissəsini təşkil edir."

Azərbaycanın logistik qüdrəti və qlobal dəhlizlərdəki mərkəzi rolu isə bu gün dünyada gedən proseslərin axarını dəyişir. Dövlət başçısının çıxışındakı bu fikir ölkəmizin geopolitik çəkisini bir cümlə ilə xülasə edir:
"Burada investisiyalar üçün böyük imkanlar var, çünki bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir. Dediyim kimi, biz buraya çoxlu investisiyalar yatırmışıq və dost ölkələrlə, birbaşa qonşularımızla və qonşularımızın qonşuları ilə əməkdaşlıq edərək yüklər üçün təhlükəsiz və etibarlı nəqliyyat marşrutunu təmin edə bilmişik."
Hər bir partiya funksioneri bilməlidir ki, bu uğurlar təsadüfi deyil; bu, düşünülmüş, uzaqgörən və milli maraqlara söykənən siyasətin bəhrəsidir. Qarabağın bərpası, müdafiə sənayemizin ixrac potensialı və yaşıl enerji strategiyamız Azərbaycanın gələcək onilliklərdəki liderliyini təmin edəcəkdir. Cənab Prezident İlham Əliyevin bu forumda səsləndirdiyi hər bir fikir Azərbaycanın iqtisadi qələbələrinin manifestidir. Biz bu yolda bir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru irəliləyəcəyik-deyə Gülər Sultanzadə fikrini tamamlayıb.



Seçilən
24
aia.az

1Mənbələr