AZ

Çin ABŞ yə iki nəhəng panda GÖNDƏRDİ

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Çindən ABŞ-yə iki nəhəng panda göndərilib.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun brifinqdə məlumat verib.

Bildirilib ki, ABŞ-nin Atlanta şəhərində yerləşən Zoo Atlanta zooparkına iki nəhəng panda köçürülüb.

Qeyd olunub ki, Çin tərəfi bu addımı Çin–ABŞ əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirir və bunun heyvanların rifahının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayır.

Məlumata görə, sözçü bildirib ki, bu əməkdaşlıq nəhəng pandalar və digər nəsli kəsilməkdə olan növlərin qorunması sahəsində potensialın artırılmasına töhfə verəcək.

Açıqlamada həmçinin qeyd olunub ki, bu cür layihələrin qlobal biomüxtəlifliyin qorunmasına və Çin ilə ABŞ xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyi bildirilir.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
redaktor.az

2Mənbələr