AZ

Azərbaycanda 3 ayda 1100 dən çox minik avtomobili istehsal edilib

ain.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-ci ilin yanvar-mart aylarında Azərbaycanda 1 138 ədəd minik avtomobili, 191 ədəd yük avtomobili istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 12.6% (164 ədəd) azalıb, yük avtomobili istehsalı isə 6.8 dəfə artıb.

Qeyd edək ki, cari ilin aprel ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 407 ədəd minik, 12 ədəd isə yük avtomobili təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
banco.az

2Mənbələr