Bakı. Trend:
Aprelin 24-də ADA Universitetində ABB-nin baş sponsorluğu,“Bahar Energy Operating Company”nin aparıcı tərəfdaşlığı və ADAUniversiteti Fondunun (ADAF) təşkilati dəstəyi ilə 14-cü KaryeraSərgisi keçirilib.
Trend xəbərverir ki, ümumilikdə 150 şirkətin və 350-dən çox insan resurslarımütəxəssisinin qatıldığı tədbirdə bankçılıqdan texnologiyaya,energetikadan hüquq və turizmə qədər geniş spektrdə fəaliyyətgöstərən peşəkarlar ADA Universitetinin tələbə və məzunları iləbirbaşa ünsiyyət qurublar.
Onlar gənclərə mövcud iş və təcrübə imkanları barədə ətraflıməlumat verməklə yanaşı, həm də potensial namizədlərlə ilkinmüsahibələr aparıblar.
Tədbirin rəsmi hissəsində ADA Universitetinin prorektoru GünayZiyadova, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev,ABB-nin İnsan resursları idarə edilməsi departamentinin direktormüavini Nurxan Babayev və “Bahar Energy Operating Company”nin İnsanResursları departamentinin direktoru Orxan Əliyev çıxış edərək buplatformanın gənc istedadların yetişməsindəki rolunuvurğulayıblar.
Sərgi həm də “Karyera Hazırlığı Həftəsi”nin yekun akkordu kimiyadda qalıb. Bağlanış mərasimində xüsusi seçim mərhələlərindənuğurla keçmiş 170-dən çox tələbənin adı açıqlanaraq onlara nüfuzluşirkətlərdə yay təcrübəsi imkanları təqdim olunub. Qeyd ediləntələbələr həftə ərzində maliyyə, audit, informasiya texnologiyalarıvə konsaltinq kimi sahələrdə fəaliyyət göstərən 23 yerli vəbeynəlxalq müəssisənin peşəkarlarından dərs alıblar. Onlarmüsahibələrə hazırlıq, şəxsi brendin qurulması və korporativtəqdimatlar mövzusunda həm nəzəri, həm də praktiki biliklərəyiyələnərək əmək bazarına ilk addımlarını atıblar.
Universitetin Karyera Xidmətləri şöbəsinin təşkilatçılığı iləbaş tutan bu genişmiqyaslı layihədə ümumilikdə iki mindən çoxADA-lı iştirak edib. Bu təşəbbüs gənclərə peşəkar əlaqələrinigenişləndirmək və əmək bazarının müasir tələbləri ilə yaxındantanış olaraq gələcək karyeralarını inamla planlaşdırmaq üçünəvəzolunmaz imkan yaradıb.