AZ

Dünyanın ən baxımlı futbol oynayan klubları açıqlanıb

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol analitikləri hazırda futbol dünyasının ən baxımlı oyun göstərən komandalarının reytinqini təqdim edib.

İdman.Biz xəbər verir ki, reytinqi ESPN telekanalı dərc edib.

Siyahının ilk pilləsini Almaniyanın “Bavariya” və İspaniyanın “Barselona” klubu bölüşür. Hər iki klub 9,6 xal toplayıb.

Dərc olunan siyahıda növbəti yeri 9,5 xalla “Real Madrid” tutur.

Ən baxımlı komanda sırasında həmçinin PSJ, “RB Leypsiq”, “Mançester Yunayted”, “Monako”, “İnter” və “Yuventus” da yer alıb.

Qeyd olunur ki, reytinq məhsuldarlıq, müdafiədə oyun intensivliyi, ötürmələrin vertikallığı və top komandalarla qarşılaşmalardakı çıxışın keyfiyyətini nəzərə alan alqoritm əsasında formalaşdırılıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
icma.az

1Mənbələr