AZ

Avrozonada taxt İtaliyaya keçir

Avrozonada uzun illərdən sonra dövlət borcu üzrə liderlik dəyişir və Yunanıstan ilk yeri İtaliyaya təhvil verməyə hazırlaşır.

Musavat.com bildirir ki, cari ilin sonuna qədər Yunanıstan avrozonada ən yüksək dövlət borcuna malik ölkə statusunu İtaliyaya verəcək.

İlin sonunadək Yunanıstanın dövlət borcunun ÜDM-ə nisbəti təxminən 137 faizə enəcək. Halbuki bu göstərici 2025-ci ildə 145 faiz səviyyəsində qiymətləndirilirdi.

Eyni zamanda İtaliyanın çoxillik büdcə planına əsasən, ölkənin borc yükü artmağa davam edəcək. Belə ki, dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ildəki 137,1 faizdən 2026-cı ildə 138,6 faizə yüksələcək. Bununla da İtaliya avrozonada dövlət borcuna görə birinci yerə çıxacaq.

Mütəxəssislər bildirirlər ki, İtaliyanın bu vəziyyətə düşməsinin əsas səbəbləri onilliklərdir davam edən zəif iqtisadi artım, aşağı əmək məhsuldarlığı, sürətlə qocalan əhali və büdcəyə ağır yük gətirən sosial xərclərdir. Ölkə uzun müddətdir ki, yüksək borcu azaltmaq üçün kifayət qədər sürətli iqtisadi inkişaf tempi yarada bilmir. Bank sektoru problemləri, regionlararası inkişaf fərqi və siyasi qeyri-sabitlik də bu yükü daha da ağırlaşdırıb.

Bir vaxtlar Roma imperiyalar quran mərkəz idi, indi isə Avropanın ən böyük borc dağlarından birinin altında qalır.

Musavat.com

Seçilən
70
musavat.com

1Mənbələr