AZ

2750 manat kimlərə veriləcək?

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

İkinci Dünya müharibəsi veteranlarının və o çətin illərdə arxa cəbhədə xidmət etmiş şəxslərin bank hesablarına böyük məbləğdə vəsait köçürüləcək. Dövlət başçısının imzaladığı yeni qərarla həm döyüşçülərin, həm də müharibə dövrünün fədakar insanlarının maddi təminatı gücləndirilir.Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev 1941–1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə, habelə həlak olmuş döyüşçülərin ailə üzvlərinə birdəfəlik maddi yardımın verilməsi barədə sərəncam imzalayıb. Qərara əsasən, bilavasitə döyüşlərdə iştirak etmiş hər bir veterana 2 750 manat ödəniləcək.Müharibədə həlak olanların və ya sonradan vəfat edən döyüşçülərin dul arvadları, arxa cəbhədə xidmətlərinə görə orden və medallarla təltif edilən şəxslər də diqqətdən kənarda qalmayıb. Həmin kateqoriyadan olan vətəndaşlara, həmçinin Leninqrad mühasirəsinin iştirakçılarına və xüsusi tapşırıqları yerinə yetirən birləşmələrin işçilərinə 1 500 manat məbləğində yardım veriləcək.Bu məqsədlə Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb. Ödənişlərin qısa müddətdə icra olunması nəzərdə tutulur.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
demokrat.az

1Mənbələr