Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycana səfər etməyi planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Suspilne” məlumat verib.
Yayımçının reportajında prezidentin təkcə Azərbaycana deyil, həm də Səudiyyə Ərəbistanına səfər edəcəyi bildirilirdi. Lakin qarşıdan gələn səfərlərin təfərrüatları barədə heç bir məlumat verilməyib.
"Prezident Vladimir Zelenski Səudiyyə Ərəbistanına və Azərbaycana səfər etməyi planlaşdırır", - deyə reportajda bildirilir.
Zelenskinin Azərbaycana səfər planları 2024-cü ilin fevral ayında açıqlansa da, səfər baş tutmayıb.
Azərbaycan müharibə zamanı, xüsusən də Rusiyanın Azərbaycan müəssisələrinə hücumlarından sonra Ukraynaya dəfələrlə humanitar yardım göstərib.
Almaz Həsənli