AZ

İnnovativ fəaliyyətin nəticə əsaslı olması üçün hərtərəfli araşdırma vacibdir - Vüsal Şıxəliyev

Baki. Trend:

İnnovasiya və süni intellekt sahəsində görülən işlərin əsasnəticəyönümlü fəaliyyətinin təşkili bilavasitə düzgün koordinasiyavə institusional yanaşmadan asılıdır.

Trend xəbərverir ki, bunu Prezident Administrasiyasının İqtisadi siyasət vəsənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev bu günBakıda "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə "İnnovativPotensial: Əqli Mülkiyyət + Süni İntellekt" mövzusunda keçiriləndəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda innovasiyaya giriş və çıxışınbalanslı təmini ilə bağlı düşünmək lazımdır:

"Qlobal İnnovasiya İndeksində reytinqləri bağlı daim tədbirlər,müzakirələr aparırıq. Azərbaycanda 2016-cı ildə Biznes mühiti vəbeynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. HazırdaKomissiyasının rəhbəri baş nazirinin müavini Samir Şərifovdur.Komissiyada 25 İşçi qrup var. Burada mövcud imkanlar araşdırılır.Biz bu sahədə qurumlarla, özəl sektorla səmərəli və çevik sistemyaratmışıq".

Vüsal Şıxəliyev qeyd edib ki, innovativ fəaliyyətin nəticəəsaslı olması üçün hər bir komponentlər hərtərəfliaraşdırılmalıdır:

"Azərbaycanda innovasiyaya giriş və çıxışın balanslı təmini iləbağlı düşünmək lazımdır. İnnovasiyaya girişdə Azərbaycanın mövqeyiirəlidədir. İnnovasiyaya çıxış üzrə bizim ciddi potensialımız var.Müvafiq əlaqələndirmə və koordinasiya ilə imkan və potensialıiqtisadi dəyərə çevirə bilərik. Yaradılmış bu innovativ məhsullarınkommersiyalaşdırılması üçün tədbirlər görməliyik ki, reytinqlərdəyüksək yer alsın".

Seçilən
37
3
az.trend.az

4Mənbələr