AZ

Deputat: “Bayraq yandırmaq acizlik, bacarıqsızlıq və barbarlıqdır”

“İrəvanda Türkiyə dövlətinin bayrağına qarşı hörmətsizlik göstərir ki, hələ də Ermənistan cəmiyyətinin bir hissəsi aqressiv millətçilik əhvali-ruhiyyəsi altındadır. Bu gün Ermənistanın inkişafı, qarşısında duran problemlərin həlli onun iki əsas qonşusu - Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlərindən asılıdır. Hər iki dövlətlə otuz illik münaqişəsi Ermənistanı yüz illərlə geriyə salıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

 

Deputat bildirib ki, Ermənistan yaranan şansdan istifadə etməlidir: “Azərbaycanla sülh müqaviləsi bağlamaq, Zəngəzur dəhlizini, Türkiyə ilə sərhədləri açmaq... Bunların fonunda isə müəyyən bir kütlə hələ də Türk dünyasına qarşı nifrətini ortaya qoyur. Bayraq yandırmaq acizlik, bacarıqsızlıq, barbarlıqdır. Ermənistan cəmiyyətinin həmin kəsimi özünü bu cür qələmə verdi. Onların nə etdiklərindən asılı olmayaraq Türkiyə bayrağı dünyada qürurla dalğalanır. Türkiyə dünyanın nüfuzlu aparıcı dövlətlərindəndir. Türk ruhu, bayrağı bundan sonra da bəşəriyyətin inkişafını müəyyənləşdirən ciddi faktorlardan biri olacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 24 Aprel 2026, 13:56   
Seçilən
63
pravda.az

1Mənbələr