AZ

Formula 1 İstanbula qayıdır: rəsmi elan gözlənilir

Dünyanın ən nüfuzlu motor idmanı yarışlarından biri olan Formula 1 yenidən Türkiyəyə qayıtmağa hazırlaşır. Rəcəb Tayyib Ərdoğan İstanbulda keçiriləcək proqramda bu barədə detalları açıqlayacaq.

QHT.az xarici mediaya istinadən bildirir ki, tədbir Dolmabahçe İş Ofisi-ndə baş tutacaq və İstanbul Park trasının gələcəyi ilə bağlı mühüm qərarların təqdim ediləcəyi gözlənilir.

Rəsmi açıqlamanın Formula 1-in Türkiyəyə uzunmüddətli qayıdışının başlanğıcı olacağı bildirilir. Proqramda 2026-cı ildən etibarən yarışların yenidən keçirilməsi üçün atılan addımlar müzakirə olunacaq.

Tədbirdə Stefano Domenicali-nin də iştirakı gözlənilir. Onun beynəlxalq əməkdaşlıq və Türkiyənin F1 təqvimindəki rolu ilə bağlı açıqlamalar verəcəyi bildirilir.

Mütəxəssislər hesab edir ki, yarışların qayıdışı Türkiyə iqtisadiyyatına və turizminə milyardlarla dollar dəyərində töhfə verə bilər. İstanbulun qlobal brend kimi mövqeyi daha da güclənəcək.

Layihə çərçivəsində İstanbul Park trasında yenidənqurma işləri, sosial obyektlərin təmiri və ekoloji standartlara uyğun “yaşıl tədbir” konsepsiyası həyata keçiriləcək.

5.338 km uzunluğundakı tras xüsusilə məşhur 8-ci döngəsi ilə tanınır və sürücülər tərəfindən ən çətin və maraqlı treklərdən biri hesab olunur.

Piranə Xasiyeva

Seçilən
89
qht.az

1Mənbələr