AZ

Özbəkistanın iki şirkətinə sanksiya tətbiq edildi

BAKI, 24 aprel. TELEQRAF

Özbəkistanın pambıq sellülozası istehsal edən iki şirkəti - Fərqanə Kimya Zavodu və “Raw Materials Cellulose” müəssisəsi Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketinə daxil edilib.

Teleqraf xəbər verir ki, bu iki müəssisənin Rusiyanın hərbi sənayesi üçün pambıq sellülozası tədarük etdiyi bildirilib.

Sanksiyaların əsaslandırması belədir ki, Fərqanə Kimya Zavodu Perm və Kazandakı barıt zavodlarını, “Raw Materials Cellulose” isə Tambovdakı barıt zavodunu xammalla təmin edib.

Özbəkistan müəssisələrinə Avropa İttifaqı subyektləri tərəfindən maliyyə və iqtisadi resursların ayrılması qadağan olunub. Əgər onların ölkələrində aktivləri varsa, dondurulacaq.

Həmin iki müəssisəyə ötən il Ukrayna tərəfindən də sanksiyalar tətbiq edilmişdi.

Seçilən
50
teleqraf.com

1Mənbələr